Azərbaycanda yeni Məhkəmə Kompleksi tikiləcək.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi hazırlıqlara başlayıb.
4.75 hektar sahədə tikintisi nəzərdə tutulan Məhkəmə Kompleksi Layihəsinin 2.75 hektar sahəyə uyğunlaşdırılması üçün layihə smeta sənədlərinin hazırlanmasına start verilib.
Kompleksin Baş planı, abadlıq və ilkin memarlıq layihəsi., eləcə də digər zəruri smeta sənədləri hazırlanacaq.
Hazırda tikintiyə məsul müvafiq qurumlardan rəy alınması üçün prosedura başlanılır.