EN

"Kontakt" “Sea Breeze”dən mənzil hədiyyə edir

“Kontakt” sentyabr ayı boyunca davam edəcək “Şeş-Qoşa”da “Sea Breeze”dən dəniz mənzərəli lüks mənzil hədiyyə edir. Bu möhtəşəm xəbəri kampaniyanın final tədbirində Azərbaycanın sevilən ulduzu Aygün Kazımova elan etdi.

Kazımova final gecəsində konsert proqramlı çıxışı zamanı əvvəl “Şeş-Qoşa” kampaniyasının sentyabrın sonunadək uzadıldığını açıqladı. Daha sonra isə o, iştirakçıların sevincinə sevinc qatan o böyük xəbəri elan etdi: “Sea Breeze”-dən mənzil…

Qeyd edək ki, Xalq artistinin mənzil hədiyyəsini maraqlı təqdimat forması da iştirakçıların, eləcə də tədbiri canlı yayımdan izləyənlərin diqqətindən yayınmayıb.

“Kontakt”ın illərdir davam edən və son illərdə avtomobil uduşu ilə məşhurlaşan “Şeş-Qoşa” kampaniyası, bu xəbərdən sonra tamamilə yeni bir səviyyəyə yüksəldi. Artıq kampaniyada “Toyota Corolla Cross” avtomobili ilə yanaşı, həm də “Sea Breeze”də dəniz mənzərəli bir mənzil hədiyyə olunur.

Bu inanılmaz şansı əldə etmək üçün kampaniyaya qoşulmaq olduqca sadədir. Belə ki, “Kontakt” mağazalarından 300 manatdan yuxarı alış-veriş etdikdə, avtomatik olaraq həm avtomobil, həm də mənzil üçün mübarizəyə qoşulursunuz.

Kampaniyada bugünədək tam 137 926 manat məbləğində uduş olub.

Mağazada alış-veriş etdikdən sonra tək zərlə atılan ilk 3 atış sizə məhsulunuzun 100%-dək dəyərini, 4 və 5-ci mərhələdə cüt zərlə atışlar isə sizə “Toyota Corolla Cross” avtomobilini və uyğun olaraq “Sea Breeze”dəki dəniz mənzərəli mənzili qazandırır.

Qeyd edək ki, son mərhələdə isə “Şeş-Qoşa” düşməzsə, qazanılmış son uduş (avtomobil) qüvvədə qalır. Hətta, ötən tədbirdə ilk avtomobil uduldu və avtomobil sahibi olan finalçı Piriyev Köçəri sentyabrda mənzil üçün də zər yarışdıracaq.

“Kontakt”ın bu kampaniyası ilə dəniz mənzərəli, möhtəşəm “Sea Breeze” mənzilinə sahib olmaq arzusu indi gerçək ola bilər. Odur ki, indi növbə sizindir.

Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.

Chosen
60
7
axar.az

7Sources