Mənzərəni çəkmək istəyən 17 yaşlı gənc həyatını itirdi
Sakaryanın Kocaali rayonunda dostları ilə mənzərəni çəkmək üçün taxta sexinin damına çıxan Bulut Bumin (17) ayağını basdığı yerin çökməsi nəticəsində yerə yıxılıb. Ağır yaralanan gənc xəstəxanada dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumat üzərinə bölgəyə təcili tibbi yardım göndərilib.
Kocaali Dövlət Xəstəxanasına aparılan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Gəncin cənazəsi ikindi namazından sonra Kocaali Sahil qəbiristanlığında torpağa tapşırılacaq.