EN

Sibel Can onları məhkəməyə verdi

Sibel Can 83 mahnısını rəqəmsal mediada icazəsiz istifadə etdiyinə görə “Avropa Music” və “Bonus Music” şirkətlərini məhkəməyə verib.

OLAY yazır ki, icazəsiz istifadəyə son qoyulmasını, haqsız zorlamanın qarşısının alınmasını tələb edən sənətçi ona maddi və mənəvi ziyan vurduğunu iddia edib.

Mahnılarının icazəsiz yayımlandığını iddia edən Sibel Can vəkilləri Ergin Akçay və Levent Polat vasitəsilə İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Məhkəməsinə müraciət edib. 

Canın vəkillərinin məhkəməyə təqdim etdiyi vəsatətdə qısaca olaraq belə qeyd edilib:

“İki şirkətin bu qanunsuz hərəkətinə görə Sibel Cana düzəlməz maddi və mənəvi ziyan dəyir. Hələlik biz Sibel Canın dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək və məhkəməyə vermək hüququmuzu özündə saxlayırıq. Müştərinin hüquqlarının olduğu işin predmeti olan mahnılar üzrə pozuntunun aşkar edilməsini istəyirik. Biz müttəhimlərin bu icazəsiz istifadəsinin dayandırılmasını, haqsız pozuntuların qarşısının alınmasını və sözügedən rəqəmsal platformalara girişin əngəllənməsini tələb edirik”.

“Avrupa Music” və “Bonus Music” şirkətləri iddianın rədd edilməsini istəyib:

“Sibel Canın sözügedən əsərləri ifa etməsi və hüquqların sahibi olması üçün əsərlərin sahiblərindən (bəstəkarlardan və mahnı müəlliflərindən) yazılı icazə aldığını sübut etməlidir. Həmin şəxsin qanunvericiliyə uyğun olaraq aldığı icazələrin hüququnun olub-olmadığını müəyyən etmək lazımdır. Sibel Can sözügedən musiqi əsərləri üzərindəki istifadə hüququnu tam lisenziya şəklində peşəkar birliyə verib. Bu hüquqlarla bağlı məhkəməyə müraciət etmək hüququ peşəkar birliyə məxsus olacaq. Sibel Canın isə bu hüquqların əldə edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ və səlahiyyəti yoxdur”.

Chosen
117
4
olay.az

5Sources