Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətində neft bazasına hücum edib
APA Rusiya KİV-ə istinadən xəbər verir ki, Kamenski rayonunun Molodejnı kəndi yaxınlığında yerləşən neft bazasına hücum gecə saat 3 radələrində baş verib.
Hücum zamanı iki pilotsuz təyyarə neft bazasının ərazisinə düşüb. Yanğın başlayıb.
Ölən və yaralananların olmadığı bildirilir. Hazırda iki yanğınsöndürən briqadası hadisə yerindədir.
İlkin məlumata görə, hücum səbəbindən Kazan hava limanı fəaliyyətini dayandırıb.
Bir neçə uçuş və eniş təxirə salınıb.