Tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib.Nəsiman Yaqublunun düşdüyü yol qəzası ilə bağlı ekspertiza və müvafiq araşdırmalar gedirmi? Hansı ilkin versiyalar mövcuddur? Modern.az saytı bu sualla Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib: "Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə başlanmış cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Müvafiq ekspertizalar təyin edilib".Məlum qəzada həyatını itirən Nəsiman Yaqublu Zabrat qəbiristanlığında dəfn edilib.