"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandadakı zədəli oyunçuların durumu haqda danışıb.
O bildirib ki, müdafiəçi Marko Veşoviçin oynaması mümkündür:
"Marko Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməlidir.
Həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".
Hər iki monteneqrolu oyunçu "Ludoqorets"lə səfər matçında zədələnmişdi