EN

Uşaqlar arasında yeni virus yayılıb - NECƏ YAXA QURTARMALI? - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Son zamanlar həqiqətən də virus infeksiyaları artıb. Məlumdur ki, artıq yaydan payız dönəminə keçirik və payızı həmişə xəstəliklər mövsümü hesab edirik. Payız mövsümü gəldiyinə görə insanlar, xüsusilə də kiçik yaş qrupuna aid olan uşaqlar arasında soyuqla gələn xəstəliklər daha çoxdur. Uşaqlar və böyüklər də bundan əziyyət çəkirlər". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Aygün Cəfərli deyib.

Aygün Cəfərli sözlərinə belə davam edib: "Məsələn, əvvəl yay mövsümündə bu temperatura öyrəşmişdik, dəniz mövsümü idi, istər-istəməz günəş şüaları var idi. Bununla əlaqədar olaraq bir qədər yavaşıma var idi. Amma xüsusən də fəslin dəyişməsi, havaların birdən-birə soyuması artıq istər-istəməz həm uşaqlarda, həm böyüklərdə bu xəstəliklərin yaranmasına zəmin yaradır. Həm payız mövsümündə temperatur düşür, həm də temperatur düşən zaman bədəndəki immunitet zəifləyir. Həmin bu mövsümi viruslar da bu işdə sanki fəallaşırlar.

Daha çox yaz-yay dönəmində suçiçəyini, qızılcanın daha çox artımlarını biz qışda gördük. Amma üzü yaya doğru xəstəliklər daha çox müşahidə olundu. Payız dönəminə keçdiyimizə görə yenə də paraqrip, qrip və s. viruslar baş qaldıracaq.

Havalar soyuyur, insanların çoxu artıq bağlı məkanlara gedəcəklər. Burada virus xəstəlikləri daha çox yayılacaq. Özünü öskürəklə, asqıraqla gösətərəcək. Daha çox insanlar bir-birilərinə əllə təmasda olduqları üçün bunların artması müşahidə oluna bilər. Ona görə də bir neçə virus infeksiyası var ki, insanlar özlərini ondan qorumalıdırlar.

Payız dönəmində ölkəmizdə qrip virusları ilə bağlı peyvəndlər gəlir. Mütəmadi olaraq insanları dəvət edirik ki, həmin bu qrip virusuna qarşı xüsusilə də inflüenziya virusuna nəticəsində törənən xəstəliklər var ki, məsələn orada yüksək hərarət, əzələdə ağrılar, insanlarda ciddi boğaz ağrılarıdır, halsızlıqdır, iştahsızlıqdır, ürəkbulanma falan müşahidə olunur. Bununla əlaqədar qripə qarşı peyvəndlər var. Mütəmadi olaraq onlar müəyyən risk qrupuna malik olan insanlar üçün həyata keçirilir.

Bundan başqa biz koksaki virusunu qeyd edə bilərik ki hansı ki buna əl, ovuc, ağız xəstəliyi deyirik. Koksaki virusunda, xüsusilə əllərdə, əlin iç səthində, ayaqlarda, ayaqların alt səthində və ağız nahiyəsində, hətta bəzən ağzın selikli qişasında, əsnək nahiyəsində biz səpgiləri görə bilirik. Həmin o səpgilər də sanki biraz dəri səviyyəsindən qalxmış hiperemik, içərisi su formasında olan səpgilər olur ki, onlar uşaqları qaşındırır, halsız edir, temperaturu yüksək olur, uşaqlarda iştahsızlıq olur, səpgilər qaşınır uşaqları narahat edir. Amma müalicəsi simptomatikdir. Yəni simptomlara müvafiq olaraq biz onu müalicə edirik.

Bundan əlavə rotavirusları qeyd edə bilərik ki, bu yayda, xüsusilə payız dönəminə keçəndə müşahidə oluna bilər. Hansı ki uşaqlarda ishal, qusma, ürəkbulanma, iştahsızlıqla müşahidə olunur. Hətta bəzi hallarda temperaturun həddən artıq yüksəlməsi olur. Çünki ishal və qusma zamanı bədən həddindən artıq su itirir və buna müvafiq olaraq bədən temperaturunda susuzlaşma olduğuna görə artıq temperaturun yüksəlməsi valideyni daha da təşvişə salır. Artıq uşaqlarda bəzən antiveral preparatların, hətta antibiotik terapiyanın da olması həyata keçirilir.

Adenoviruslar və enteroviruslar var. Eynilə bu simptomlarla müşahidə oluna bilər. Amma çalışmaq lazımdır ki, uşaqlara erkən yaş dövrlərində xüsusilə də 2 ayından 2 yaşına qədər peyvəndləmə aparılsın ki, həmin o virus infeksiyalarının erkən yoluxması baş tutmasın. Buna müvafiq olaraq uşaqları vaxtı-vaxtında vitamin D vermək lazımdır ki, immunitet qalxsın. Vitamin D immun sistemimizi gücləndirən vitaminlərdən hesab olunur və vitamin C, vitamin A, vitamin E və B qrupu vitaminləri hansı ki bunların verilməsi mütəmadi olaraq vacibdir. Həmin bu virusların təsiri nəticəsində bədəndə müxtəlif xəstəliklər yarana bilər. Məsələn, xüsusilə də yuxarı tənəffüs yollarında, daha sonra aşağı tənəffüs yollarında infeksiya ola bilər, burun ətrafında boşluqlar var, onların iltihabı müşahidə oluna bilər. Bu zaman xəstədə ağızda qoxu, temperatur, burunda tıxanıqlıq ila bilər. Daha sonra faringit dediyimiz hansı ki uşaqlarda udlaqda olan iltihabdır ki, həmin o udlağın iltihabı zamanı yenə də boğazda yanma, göynəmə, udqunma zamanı ağrının müşahidə olunması və temperaturun yüksəlməsi olar. Bu viruslar nəticəsində daha aşağılara düşdükcə bronxit müşahidə oluna bilər. Bronxitin də müxtəlif növləri ola bilər ki, hansı ki bronxların iltihabı prosesidir. Bu da soyuqdəymə zamanı yarana bilər. Uşaqlarda quru öskürək şəklində özünü büruzə verir. Quru öskürək yerini yaş öksürək, bəlğəmli öskürəyə çevrilə bilir və öskürək, xırıltı, nəfəs darlığı, hətta baş ağrıları müşahidə oluna bilər.

Daha sonra isə pnevmaniya müşahidə oluna bilər. Bronxlardan daha sonra ağciyərə keçən iltihab pnevmaniya hesab olunur ki, pnevmaniya zamanı artıq daha ciddi problemler üzə çıxır. Artıq ağciyər toxumasında da iltihab baş verir. Burada yüksək qızdırmanın, üşütmənin, titrətmənin hətta öskürək, eyni zamanda daha çox qatı bəlğəmdir, nəfəs darlığı, təngnəfəslik, sinədə ağrı olur ki, biz artıq o uşaqları poliklinika şəraitində müalicə edə bilmirik, mütləq şəkildə xəstəxanaya göndəririk. Ona görə də bu şeylərin daha ağırlaşmaların baş verməməsi üçün vaxtlı-vaxtında uşağın düzgün şəkildə qidalanması, vitaminlə, mineralla, zülal, yağ, karbonhidrat, balanslaşdırılmış qidalanması, eyni zamanda uşağın mütəmadi olaraq havada olması, vitamin D-nin vaxtlı-vaxtında qəbul edilməsi, günəş şüalarının bədənə dəyməsi, hansı ki o birbaşa bizim immun sistemimizə cavabdehdir. Uşağın eyni zamanda peyvəndlərinin vaxtlı-vaxtında olunması, sıx təmaslardan, qapalı yerlərdə olmaqdan çəkinmək, vaxtaşırı olaraq otağın havasının dəyişdirilməsi, nəm təmizlənmənin həyata keçirilməsi, uşaq xəstələndiyi müddətdə artıq məktəbə, baxçaya getməyi dayandırmaq, bir həftə müddətində və yaxud da bundan da bir qədər çox və ya az müddətdə uşağın ev şəraitində bəslənməsi, sağalması və daha sonra kollektivə buraxılmasını həyata keçirmək lazımdır. Yəni uşağı xəstə halda bağçaya, məktəbə qoymaq olmaz. Bunlar hamısı daha da xəstəliklərin artmasına gətirib çıxara bilər.

Bu viruslar həmişə var və həmişə də olub. Pandemiya dövründə qapalı şəraitdə yaşadıq və daha çox maskalardan, əlcəklərdən, gigiyenik vasitələrdən çox istifadə etdik. Demək olar ki, təmaslarımız çox azalmışdı.Təmaslar da azaldığına və sanki insanlar qapandığına görə bu dediyimiz virus infeksiyaları demək olar ki, az sayda müşahidə olundu. Çünki kontakt, məktəb, bağça, daha çox təmas yox idi və koronavirusun daha çox yayıldığı bir vaxt idi. Həmin dövrdə bu dediyim bayaqkı virusların bir qədər azlığı var idi.

İndi bu qapanmalar və bir-birimizi qorumaq yoxdur. Ona görə də bu daha da artmağa doğru gedəcək. Xüsusilə də bu yay dönəmində uşaqların daha çox dənizdə olduğu müddətlərdə orada hər tip insanların olması, bəzən dəridə xəstəliklərlə müşahidə olunan insanların dənizdə belə çimməsi, yaralı hansı ki dəri problemləri olan o da xəstəliklərin yaranmasına gətirib çıxarır. Məsələn, immun sistemində bir qədər qırıqlıq, zəiflik varsa həmin o adi virus normal sağlam immuniteti normal olan insanda heç bir xəstəlik yarada bilməz. Amma zəif olan insanlarda o dəqiqə xəstəliyin baş verməsinə gətirib çıxara bilər.

Eyni zamanda payız dönəminə keçəndə revmatizm dediyimiz xəstəlik, daha çox biz ona kəskin revmatik qızdırma deyirik. Bu daha çox havanın soyuması, yağış yağması, bəzən görürük ki bir, iki gün qabaq insanların oynaqlarında ağrılar müşahidə olunur və bizə müraciət edirlər. Təbii ki burada dərin müayinələr aparmaq lazımdır.

Ümumiyyətlə, virus infeksiyalarının diaqnostikası üçün biz mütləq şəkildə analizlər verməliyik, boğazdan yaxma götürülməlidir. Bəzi hallarda biz bunları etmirik. Çünki analiz götürmək üçün şərait olmur. Biz klinik simptomlara əsasən uşağa diaqnoz qoyuruq. Yəni hər bir virus infeksiyasının özünə uyğun olaraq əlamətləri var. Bu əlamətlərə əsasən biz deyirik ki, bu suçiçəyidir, bu qızılcadır, bu məxmərəkdir, bu göy öskürəkdir, rotavirusdur. Bu tip xəstələrin diaqnostikasını edirik və onu da həkim müayinəsi, eyni zamanda həkim tərəfindən təyin olunmuş müalicə ilə müalicə edirik. Yoxsa valideynlər özbaşına antibiotik alıb verməsinlər, yerli-yersiz sistemlərdən istifadə etməsinlər.

Sistemin də qoşulmağı çox vacibdir. Bəzən uşaqda günlərlə temperatur düşmür, həmin o qızdırmada valideynlər öz yanlarından sistem alıb qoşurlar, müxtəlif dərman preparatları əlavə edirlər. Bundan birinin reaksiyası, birinin əks reaksiyası ola bilər. Bu da düzgün deyil. Çünki orada hormonal preparatlardan istifadə olunur. Bəzi hallarda onun vurulması nəticəsində uşaqda nisbi yaxşılaşma müşahidə edə bilərik, 1-2 gün müddətində. Amma 2-3 gündən sonra yenidən həmin xəstəlik əlamətləri baş qaldıra bilər. Ona görə də diqqətli olmaq lazımdır.

Viruslar müşahidə olunur, sonra isə öz yerini digər viruslara verir. Bir qrup əhali bu virusa yoluxanda sanki bir kollektiv immunitet əmələ gəlir. Bizim peyvənd etməyinizin əsas məqsədi ondan ibarətdir ki, müəyyən qrup əhalidə kollektiv immuniteti yaradaq. Kollektiv immunitet olduğu şəraitdə o virus infeksiyalarının daha qlobal şəkildə yayılmasının qarşısını alacağıq".

Ayşən Vəli

Chosen
151
41
sia.az

10Sources