EN

Flora Kərimovadan illər sonra ETİRAF: “Mən özümü şanssız sayıram, bədbəxt yox”.

“Mən özümü şanssız sayıram, bədbəxt yox”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Özəl” verilişində deyib.

İllərin sənətkarı oxuduğu mahnıların öz taleyi ilə heç bir əlaqəsinin olmadığını deyib:

“Mən heç vaxt mahnılarda öz həyatımı oxumuram. Ağlıma da gəlmir. Çünki mən özümü şanssız sayıram, bədbəxt yox. Bədbəxt insan, müğənni həyatından o qədər narazı olan insan mahnıda özünü görər, ürəyini boşaldar. Mən özgə dərdi oxuyuram və o dərdə öz dərdim kimi canım yanır”.

Niyə bu qədər yanğılı alınmasına gəlincə, Xalq artisti bunu səsinin tembri ilə əlaqələndirib:

“Səsimin tembrində yanğınlıq var. Özümdən asılı olmadan oxuduqlarım özü belə alınır”.

Xalq artisti verilişdən olan videosunu sosial media hesabında paylaşıb. O, videonu “Özgə talelərə oxunan mahnılarda öz taleyimə həm sevindim, həm də ağladım” şərhi ilə təqdim edib.

Nehru

Chosen
89
yenicag.az

1Sources