EN

Bədəninizlə bağlı bilmədiyiniz 20 həqiqət: Bunları etsəniz...

Çoxumuz yemək və yatmaq kimi gündəlik işlərimizdən başqa, bədənimizin əslində nələrə qadir olduğu haqqında heç bir şey bilmirik.

Ölkə.Az xarici KİV-ə istinadla insan bədəni haqqında bir sıra faktları təqdim edir:

1. Qulaq məməsini masaj etmək sizi sakitləşdirə bilər.
2. Nəfəsinizdən pis qoxu gəlib gəlmədiyini bilmək üçün biləyinizi yalayın və qurumasını gözləyin.
3. Nəyisə yadınıza salmaq istəyirsinizsə, sola baxın. Dünyanın hər yerində minlərlə insan razılaşır ki, gözlərini yavaş-yavaş sola çevirmək xatırlamağa kömək edir.
4. Əsəbinizi cilovlamaq üçün sol yumruğunuzu bərk sıxın.
5. Bel ağrısını azaltmaq üçün beliniz üstə yatın.
6. Çox isti havalarda biləyinizə soyuq su tökün. Bu domino effekti verəcək və saniyələr ərzində sərinlik bədəninizə yayılacaq.
7. Asqırmağı dayandırmaq üçün burnunuzun qıcıqlandığını hiss edəndə burun kənarlarını çimdikləyin. 
8. Başınız ağrıyırsa, qaşlarınızı dairəvi hərəkətlərlə ovuşdurun. Bu üsul daha çox stres qaynaqlı baş ağrılarında işə yaraya bilər.
9. Baş ağrısını azaltmaq üçün karandaş dişləyin. Bu zaman karandaşın üzərində iz buraxacaq qədər sərt dişləmədiyinizdən əmin olun. Beləliklə çənə əzələləriniz boşalacaq və gərginlikdən qaynaqlanan baş ağrınız azalacaq.
10. Başınız fırlanırsa, duz yalayın. Sadəcə bir az duz yalamaq bədəninizdə elektrolit balansını yaxşılaşdıra bilər. Amma başgicəllənmə aclıq, susuzluq kimi yox, daha ciddi səbəblərdən qaynaqlanırsa, həkimə müraciət edin.
11. Miqenə qarşı yaşıl alma qoxlayın. Elmi olaraq sübuta yetirilməsə də, dünya miqyasında bir çox insan yaşıl alma qoxusunun miqrenə müsbət təsir etdiyini deyir. Bunun üçün yaşıl almanı dilimləyin və 1 dəqiqə boyunca burnunuza yaxın saxlayın.
12. Oyanmaq üçün mavi işıqdan istifadə edin. Mavi işığın hər nə qədər gözlər üçün zərərli olduğu deyilsə də, eyni şeyi oyanamaq üçün söyləmək olmaz. Mavi rəngli işıq beyni işlətməyə kömək edir.
13. Əsəbli olan zaman nəfəsinizi  bir neçə saniyə tutub saxlamaq sizi sakitləşdirə bilər.
14. Göz ağrısını azaltmaq üçün əllərinizi isinənə qədər bir-birinə sürtün. Sonra ağrıları aradan qaldırmaq üçün əllərinizi gözlərinizin üstünə qoyun. Göz ağrınızın nə qədər şiddətli olmasından asılı olaraq bu prosesi bir neçə dəfə təkrarlayın.
15. Stresi azaltmaq üçün soyuq su ilə yaxalanın. 
16. Nəfəsiniz daralırsa, qollarınızı qaldırın. Qollarınızı başınızın üstünə qaldırın və özünüzü rahat hiss etdiyiniz müddətcə orada saxlayın. Bu, nəticədə sinənizi açacaq, ağciyərlərinizin və diafraqmanızın genişlənməsinə imkan verəcək və daha dərin nəfəs ala biləcəyinizi hiss edəcəksiniz.
17. Səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, başınızı sürətli şəkildə sağa-sola yellədin. Bu beyninizi tətikləyərək sizi yuxudan ayıladacaq.
18. Diqqətinizi toplamaq üçün saqqız çeynəyin.
19. Gecə tualetə getmək və ya su içmək üçün oyananda yenidən yuxuya getmək çətin ola bilər. Buna görə də, gözünüzün birini qapalı saxlayın. Bu, gözlərinizin işığa uyğunlaşmasının qarşısını alacaq və sizi yuxu rejimində saxlayacaq.

Mənbə: fabcrunch

Billurə
 

Chosen
118
olke.az

1Sources