ABŞ-da Şərqi At Ensefaliti (EEEV) virusuna yoluxan şəxs dünyasını dəyişib.
Medicalmedia.az xəbər verir ki, ABŞ-ın Nyu-Hempşir əyalətinin səhiyyə rəsmiləri dünən bir vətəndaşın ağcaqanad dişləməsi ilə ötürülən EEEV virusu səbəbindən öldüyünü açıqlayıb.
Bildirilib ki, EEEV Massaçusets və Vermont ştatlarında da aşkar edilib.
Səlahiyyətlilər, bunun 2014-cü ildə üç nəfərin xəstəliyə tutulmasından və iki nəfərin ölməsindən sonra Nyu-Hempşirdə bildirilən ilk EEEV hadisəsi olduğunu vurğulayıb.