Hurriyyet.az xəbər verir ki, avqustun 29-na keçən gecə Belarusda ilk dəfə olaraq, Rusiyanın "Şahed" dronunu vurmaq üçün aviasiyadan istifadə olunub.
Ukrayna hücum edən dronlardan biri 03.30 radələrində Yelsk rayonunda Belarus sərhədini keçib. Belarus HHQ-nin qırıcısı 20 dəqiqəyə yaxın onu izləyib. Bundan sonra Qomel vilayətinin Yelsk rayonunda partlayış səsləri eşidilib və səmada parıltı müşahidə edilib. Bu barədə "Xartiya 97" portalı məlumat verib.
İlk dəfədir ki, Belarus qırıcısının Rusiyanın kamikadze dronunu məhv etməyə çalışması qeydə alınıb. Son həftələrdə Rusiya dronları tez-tez Belarusun hava məkanını pozurlar. Məsələn, avqustun 27-nə keçən gecə Rusiyanın azı 6 ədəd "Şahed" PUA-sı Belarusa daxil olmuşdu.
Hürr Tərcüman