Zaqreb “Dinamo”su dünən Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la oyundan sonra Bakıda ləngiməyib. Komanda 00:30-da Heydər Əliyev adına hava limanına yollanıb.
Qonaqlar təxminən bir saat hava limanındakı “Mcdonalds”da olublar. Zaqreb “Dinamo”sunun kapitanı Bruno Petkoviç də futbolinfo.az saytının əməkdaşının suallarını məhz orada cavablandırıb.
O, son ana qədər möcüzə olmasından qorxduqlarını bildirib: “Qarabağ” çox açıq oynayır. Qapalı oynadığımız üçün bizdən baş açmadılar. Amma son ana qədər möcüzə olmasından qorxduq. Qurban Qurbanov çox soyuqqanlı, taktiki yeniliklərə açıq və risk almağı sevən məşqçidir. Açığı, qələbə qazandığımıza təəccübləndik”.
Petkoviç Tofiq Bəhramov adına Respublika stadionunun ab-havasını bəyənmədiyini də bildirib: “Stadionun ab-havası çox pis idi. Ot örtüyünü də heç bəyənmədik”.
GÜNAY SÜLEYMANOVA