EN

Ukraynanın Kursk əməliyyatı baş tutmadı və uğursuz oldu - Forbes

Ukraynanın Kurskdakı diqqət yayındıran hərbi əməliyyat manevri uğursuz oldu.Bu barədə Forbes yazır.Qeyd edilir ki, Kiyevin Kursk əməliyyatı Rusiyanın Ukrayna ərazisindəki əməliyyatlarını dayandıra bilmədi, əksinə, rus qoşunları ölkənin şərq cəbhəsində hücumu nəinki davam edir, həm də sürətlənir. "Ukrayna ordusunun isə şərq cəbhəsində mövqeləri qorumaq və möhkəmləndirmək üçün yetərincə qüvvəsi yoxdur.Donetskdə Pokrovski yaşayış məntəqəsini ələ keçirməklə Rusiya Ukraynanın bütün şərq cəbhə xətti boyunca müdafiəsini zəiflədə bilər. Bu, Rusiyanın daha geniş hücumuna və nəticədə Donetsk bölgəsini tam işğalına gətirib çıxara bilər”, - Forbes yazıb.Bildirilib ki, əgər Kiyevin Kursk əməliyyatının məqsədi rus qoşunlarını şərqdən yayındırmağa və Rusiya qüvvələrinin Donetskdən geri çəkilməsinə köçürülməsinə xidmət edirdisə, o zaman bu planı baş tutmamış hesab etmək olar. "Əgər belədirsə, o zaman Kiyevin Kursk əməliyyatı uğursuz oldu", - Forbes yazıb.Nəşr onu da əlavə edib ki, əksinə, Kursk əməliyyatı bölgədə Ukrayna qüvvələrinin çatışmazlığını daha da pisləşdirib.

Chosen
112
1
patriot.az

2Sources