EN

17 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

17 il əvvəl Kanada sərhədində Huron gölünə düşən "Socata TB-20" tipli təyyarənin qalıqları ABŞ-nin Miçiqan ştatında tapılıb.

Adalet.az xəbər verir ki, Miçiqan ştatının polisi xüsusi axtarış-xilasetmə şirkətinin pilotu da daxil olmaqla iki nəfərin olduğu təyyarənin qalıqlarının ştatın Bois Blanc adası yaxınlığında tapıldığını açıqlayıb.

Dağıntıların yaxınlığında skelet qalıqları aşkar edilib. Şimali Miçiqan Universitetinin Ədli Antropologiya Mərkəzində aparılan araşdırmalar nəticəsində qalıqların 56 yaşlı sərnişin H. Brooke Stauffer Jr.-a aid olduğu qeyd edilib.

Stauffer Jr-ın 52 yaşlı nişanlısı Karen Dodds tərəfindən idarə olunan Socata TB-20 tipli təyyarə 2007-ci ildə ABŞ-Kanada sərhədində Huron gölünə düşmüşdü.

Doddsun cansız cəsədi qəzadan iki ay sonra tapılsa da, Stauffer Jr-ın izi və ya təyyarənin qalıqları tapılmayıb. Staufferin ailəsinin tələbi ilə özəl şirkət 2023-cü ilin oktyabrında axtarış işlərinə başlayıb.

Chosen
46
7
adalet.az

9Sources