EN

QHT “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihə çərçivəsində növbəti tədbirini keçirdi - FOTOLAR » AzadMedia.az



Avqustun 28-də Cəlilabadda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi

Bu barədə təşkilatın sədri Rauf Zeyni QHT.az-a məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi.

Tədbirdə iştirak edən Nadir Babayev, Təyyar Zülfüqarov, Ədalət Salmanov, Əfrahim Abbas, Teymur Əsədzadə,Sakit Üçtəpəli,Mahir Hüseynov və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər.

Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Dövlət Dəstəyi Agentliyinin 20222023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı: "Azərbaycan Prezidenti İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.Rauf Zeyni dövlət başçısı tərəfindən imzalanan bu fərmanı yüksək qiymətləndirdiyini, həmçinin vətəndaş cəmiyyəti tərəfindəndə olduqca mühüm bir hadisə kimi qarşılandığını vurğuladı".

İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.
Chosen
75
50
azadmedia.az

10Sources