Yaponiya gəmiləri və hərbi əraziləri izləmək üçün 2 milyard dollar dəyərində müdafiə peyk şəbəkəsi yaratmağı planlaşdırır.Missiya.Az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın məlumat yayıb.Məlumata görə, Yaponiya avqustun 26-da hava məkanının ilk dəfə Çin hərbi təyyarəsi tərəfindən pozulduğunu elan etdikdən sonra Müdafiə Nazirliyi belə bir qərara gəlib.Peyklərin 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.Açıqlamada, peyklərin aşağı hündürlükdə orbitə buraxılacağı və hədəflərin təqibində ahənglə işləmələrinin gözlənildiyi bildirilib.Leyla SƏMƏNDƏRMissiya.Az