Rusiya Federasiyasının Tambov vilayətindəki “Moy biznes” Mərkəzi bu ilin oktyabr ayında Azərbaycana biznes missiya təşkil edəcək.
Redaktor.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
İşgüzar missiyanın Bakıya səfəri oktyabrın 2-3-nə planlaşdırılıb.
Nümayəndə heyətində Tambov vilayətinin ixrac şirkətləri təmsil olunacaq.
Biznes missiya Rusiyanın “Kiçik və orta müəssisələr” və “Beynəlxalq əməkdaşlıq və ixrac” milli layihələri çərçivəsində təşkil olunur.