EN

Türkiyə səfiri: Azərbaycanın zəlzələ və meşə yanğınlarındakı dəstəyi birliyimizin nümunəsidir

Azərbaycan Prezidentinin "Bizim ailəmiz Türk dünyasıdır" ifadəsi böyük əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəfər bayramı münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, bu gün Türkiyənin Azərbaycanla münasibəti daha da dərinləşib:

“Azərbaycanın iki il əvvəlki zəlzələdə və eləcə də meşə yanğınlarında göstərdiyi dəstək bizim birliyimizin, dayanışmamızın nümunəsidir. Buna görə minnətdarlığımızı bildiririk”.

Səfir Türkiyə Silahlı Qüvvələrinin gücündən də söz açıb:

"Müdafiə sənayesi layihəmiz 1000-i, şirkətlərimizin sayı isə 2500-ü keçib. Bu gün Türkiyə güclü ordusu ilə dosta güvən, düşmənə qorxu hissi yaşadır. Layihələrin ümumi olaraq 96 milyard dolları keçməsi müdafiə sənayesinin böyüklüyünü göstərir. Bu gün Türkiyə özünün hərbi təyyarəsini, helikopterini, hərbi gəmisini, sualtı qayığını, tankını, topunu, pilotsuz uçuş aparatlarını istehsal edən müdafiə sistemi yaratmış bir ölkədir".

Chosen
120
6
report.az

10Sources