Kiyev döyüş meydanında uduzur və Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı hərbi baxımdan heç bir məna kəsb etmir.
"Unikal" xəbər verir ki, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks bu barədə jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Ukrayna döyüş meydanında uduzur. Onların nə insanları, nə silahları, nə də hava hücumundan müdafiəsi var”, - deyə o bildirib.
Ekspert əmin olduğunu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı “hərbi baxımdan heç bir məna daşımır”.
Saksa görə, Rusiya bütün münaqişə boyu razılığa gəlməyin və həll yolu tapmağın mümkün olduğunu deyib, lakin “Qərb, ABŞ və xüsusilə Böyük Britaniya bundan imtina edib”.