Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.
Metbuat.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.
"Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər".
Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib.
Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!
İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.
İndi Qeydiyyatdan Keç
.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}
.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}
.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}
.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}
.temu-button:hover {background-color: #e03e00;}