Bakı, TurkicWorld
Özbəkistanın Buxara vilayəti hakimi Botir Zaripov Koreyanın Geonqsanqbukdo vilayətinin vitse-qubernatoru Kim Hak Honqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Cənubi Koreyanın Daequ Haany Universiteti (DHU) ilə Buxara Dövlət Tibb İnstitutu arasında müqavilə imzalanıb.
Qeyd edilib ki, bu əməkdaşlıq səmərəli davam edən əlaqələrin inkişafında mühüm rol oynayır.
Müqaviləyə əsasən, ənənəvi təbabətin inkişafı istiqamətində işlər aparılır, onun çərçivəsində Buxara Dövlət Tibb İnstitutunun ərazisində “ağıllı istixanalar” tikiləcək.
Məlumat üçün qeyd edək ki, görüşdə iki ölkə arasında əlaqələr yüksək qiymətləndirilib, layihənin məqsədləri və Daequ Haany Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan istiqamətlər barədə fikir mübadiləsi aparılıb.
Hafiz Rufizoğlu