EN

Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məktəbdə mobil telefonların qadağan edilməsi uşaqların sosial həyatını və yaradıcılığını yaxşılaşdıra bilər.
Oxu.Az "Healthday"ə istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri məlumat veriblər.
Alimlər bildiriblər ki, ABŞ-də 8-12 yaşlı uşaqlar gündə təxminən 6 saatını ekran qarşısında keçirirlər. Bununla belə, bir çox şagirdlər telefonlarından dərs zamanı və ya fasilələr zamanı istifadə edirlər. Bu, uşaqların sosial həyatına xələl gətirə bilər və həm də yaradıcı olmaq üçün lazım olan darıxma hissinin yaranmasına mane olur.
"Uşaqlar vaxtlarını 24/7 telefonda keçirirlərsə, bu onlara yaratmaq, düşünmək, fikir və ideyalar irəli sürmək hissini inkişaf etdirməyə kömək etmir", - müəlliflər qeyd edirlər.
Sosial şəbəkələrdəki yanlış məlumatlar uşaqda həyəcan və narahatlıq hissini artıra bilər. Kontekst olmadan şagirdlər dünyanı düşməncəsinə qəbul edə bilərlər.
Alimlər məktəblərə mobil telefondan istifadəni qadağan etməyi və valideynlərə axşam yeməyində və ya yatmazdan əvvəl onu məhdudlaşdırmağı tövsiyə ediblər. Həmçinin, uşaqlara telefonsuz vaxt keçirmək maraqlı olsun deyə daha çox imkanlar yaradılmalıdır.
Chosen
308
50
oxu.az

10Sources