Yəmənin Ədən şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Hadisədə üç nəfər ölüb, 15 nəfər isə yaralanıb. Zərərçəkənlər Əl-Cumhuriya, Əl-Əmirki, Əl-Bureyxi və Əl-Vali xəstəxanalarına göndərilib.
Qeyd olunur ki, şəhərdəki stansiyalardan birində məişət qazı çəni partlayıb, bundan sonra yanğın başlayıb.
Mənbə: AZƏRTAC