EN

Stoltenberq Kursk vilayətinə hücumda NATO-nun iştirakını inkar edir

Stoltenberq

Bakı, 31 avqust, AZƏRTAC

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna haqq qazandırır, lakin alyansın orada hər hansı şəkildə iştirakını inkar edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Kiyev öz planları barədə NATO-ya əvvəlcədən məlumat verməyib.

“Ukrayna Kursk vilayətinə hücum planlarını NATO ilə əvvəlcədən müzakirə etməyib, bu baxımdan NATO heç bir rol oynamayıb”, - deyə o qeyd edib. Eyni zamanda, alyansın baş katibi deyib ki, “Rusiya əsgərləri, tankları və bazaları qanuni hədəflərdir”.

Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun risklərlə bağlı olduğunu etiraf edərək vurğulayıb ki, özünü necə qorumaq Ukraynanın öz qərarıdır.

 

Chosen
48
50
azertag.az

10Sources