EN

COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 könüllüləri üçün “Eco Enacthon” layihəsi baş tutub. İki gün davam edən bu interaktiv layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.
Xeberler.az bildirir ki, 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən tədbirin ilk günündə COP29 könüllüləri ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarəedilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji mövzularda, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarəedilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.
Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqədə öz tətbiqini tapıb. Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könülüllər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Komanda ruhunu möhkəmləndirən və birgə səylərin vacibliyini bir daha nümayiş etdirən “Eco Enacthon” çərçivəsində könüllülər dayanıqlı enerji həllərindən innovativ tullantıların idarəolunması təşəbbüslərinə qədər müxtəlif sahələri əhatə edə biliblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr münsiflər heyəti tərəfindən qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.
İqlim dəyişmələrinin təsirlərinin qarşısının alınmasında gənclərdə innovativ düşüncənin təşviqi və mövcud problemlərə fərqli yanaşmanın stimullaşdırılmasına, aktiv və təşəbbüskar gənclərin potensialının dəstəklənməsinə xidmət edən bu layihə könüllülərə öz ideyalarının daha sərbəst ifadə edilməsi və tətbiqi, bunun üçün müvafiq sahələrdən olan ekspertlərdən dəyərli mentor məsləhətlərinin alınması üçün platformanı təmin edib.


 

Chosen
119
8
xeberler.az

10Sources