EN

Parlament seçkilərində səs verəcək vətəndaşlarımızın sayı açıqlanıb

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Seçicilərimizin səs vermələri üçün bütün şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri parlament seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçiriləcək. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Chosen
109
50
xalqqazeti.az

10Sources