EN

Naxçıvanda evlərin zirzəmisini su basdı - Video

İntensiv yağışlar səbəbindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində və 20-ci məhəllə ərazisində bəzi fərdi yaşayış evlərinin zirzəmisi subasmaya məruz qalıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunublar. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Chosen
46
18
buta.tv

10Sources