EN

Növbədənkənar parlament seçkiləri Azərbaycan üçün çox vacib prosesdir - Aleksandr Terentyev

Bakı. Trend:

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MəzahirPənahov, ölkəmizdə növbədənkənar parlament seçkilərini izləmək üçünsəfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurasınınmüşahidə missiyasının rəhbəri Aleksandr Terentyev ilə görüşüb.

Trend xəbər verirki, görüşdə M.Pənahov seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112mindən artıq yerli müşahidəçinin cəlb olunduğunu, ölkə üzrə 1000seçki məntəqəsində səsvermə prosesinin fasiləsiz izlənməsi üçünveb-kameraların quraşdırıldığını qeyd edib.

MSK sədri bildirib ki, bu parlament seçkilərində 6 milyon 421min 960 vətəndaş səsvermə hüququna malikdir və 990 namizədseçkilərdə iştirak edir. Namizədlərin sərbəst seçkiqabağı təşviqataparmaları üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlaryaradılıb, qeydiyyata alınan namizədlərin 305-i 25 siyasi partiyanıtəmsil edir.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını vurğulayanM.Pənahov, onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyətgöstərdiyini bildirib. İlk dəfə olaraq Milli Məclisə seçkilərinAzərbaycanın bütün suveren ərazilərində keçirildiyini və işğaldanazad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıqseçici üçün 54 seçki məntəqəsinin yaradıldığını qeyd edib.

Aleksandr Terentyev MSK-dakı səmimi qarşılanmaya görə təşəkküredərək, növbədənkənar seçkilərin müşahidəsində iştirakdan məmnunolduğunu bildirib və prosesləri fəal şəkildə izləyəcəyinivurğulayıb. O, seçkinin Azərbaycan üçün çox vacib bir prosesolduğunu və ilk dəfə olaraq parlament seçkilərinin ölkənin bütünsuveren ərazilərində keçiriləcəyini qeyd edib. A.Terentyevinsanların seçki prosesi ilə bağlı yüksək əhvali-ruhiyyədə olduğunuda vurğulayıb.

Görüşdə, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər müzakirəedilib və fikir mübadiləsi aparılıb.

Növbədənkənar
Növbədənkənar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
50
az.trend.az

10Sources