“Ukraynanın Kurska hücumunda xarici ölkələrdən gətirilən muzdluların və ya elə həmin dövlətlərin hərbi birləşmələrinin iştirakını istisna etmirik”.
TASS-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, əldə olunan məlumatlarla Kurska daxil olanlardan bəzilərinin öz aralarında xarici dillərdə danışdığı təsdiqlənib:
“Mən bu vəziyyətin arxasında hansı ideyanın gizləndiyini deməkdə çətinlik çəkirəm. Çünki qərbdən olan həmkarlarımızın beyinləri rəngarəngdir. Onlar hər şeyi özlərinə uyğun bir şəkildə qavrayırlar”.
"Cebheinfo.az"