Türkiyənin "Trabzonspor" komandası baş məşqçi Abdulla Avcı ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
62 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Trabzonspor" Abdulla Avcının rəhbərliyi altında bu mövsüm UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində məğlub olaraq turnirlə erkən vidalaşıb.