EN

Ərdoğan: “Biz Aİ və ŞƏT arasında seçim etməyə məcbur deyilik”

“Türkiyə Şərq və Qərblə əlaqələri eyni vaxtda inkişaf etdirmək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rəsmi Ankara nə Avropa İttifaqının, nə də Şanxay Əməkdaşlıq Təşkilatının xeyrinə seçim etmək məcburiyyətində deyil:

“Türkiyə Şərqlə Qərblə əlaqələri eyni anda inkişaf etdirsə, güclü və hörmətli bir ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik, seçim etmək məcburiyyətində də deyilik”.

Qeyd edək ki, Ərdoğan NATO-nun iyul sammitindən sonra bildirib ki, Türkiyə ŞƏT-in tamhüquqlu üzvü olmaq niyyətindədir. İndi o, təşkilatda müşahidəçi statusuna malikdir.

Eyni zamanda Ankara 2005-ci ildən rəsmi olaraq Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır.

Chosen
119
21
konkret.az

10Sources