EN

KQB-nin eks-agenti Putinin elə bir sirrini açdı ki…

Kreml 2024-cü ilin sentyabrında iki kriptovalyuta birjası yaratmağı planlaşdırırdı ki, bura BRİKS ölkələrini cəlb etsin.

Bakıvaxtı.az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Yuri Şveç çıxış edib.

O deyib ki, Moskva bu birjaları "Teleqram"ın bazasında yaratmaq istəyib:

"Putin çalışır ki, Qərb sanksiyalarını kriptovalyutalar vasitəsilə həyata qarşılıqlı hesablaşmalarla keçsin. Gələcəkdə isə ABŞ-ın Federal Rezerv Sisteminə alternativ yaradılmalı idi. Burada isə Qərbə müxalif olan bütün ölkələr iştirak edib, hesablaşma aparmalıdırlar".

Şveç həmçinin iddia edir ki, məhz Durovun həbsindən öncə Rusiya bu planını reallaşdırmaq üçün mayninq və kriptovalyutaya aid hər şeyi leqallaşdırıb.

Chosen
52
6
bakivaxti.az

7Sources