Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri günüdür.
Bakıvaxtı.az xəbər verir ki, bu seçkilər ölkənin qanunverici orqanı olan Milli Məclisin tərkibini yeniləmək məqsədini güdür.
Səsvermə prosesinin düzgün və şəffaf şəkildə həyata keçirilməsi üçün seçki komissiyaları tərəfindən genişmiqyaslı hazırlıqlar görülüb.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, ölkə üzrə ümumi seçicilərimizin sayı 6 milyon 421 min 960 nəfərdir. Daimi seçici siyahısı üzrə olan seçicilərin sayı 6 milyon 308 min 851, müvəqqəti seçicilərin sayı isə 113 min 109 nəfərdir. Daimi seçicilərin 47,57 faizi kişi, 52,43 faizi isə qadındır.
Ən çox seçici 30-39 yaş aralığındadır. Onlar seçicilərin 23,64 faizini təşkil edirlər. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir
Seçkilər öncəsi müxtəlif siyasi partiyalar və namizədlər seçicilərlə görüşlər keçirib, proqram və təkliflərini təqdim ediblər.
Seçkilərin nəticələri günün sonunda açıqlanacaq və ölkənin siyasi kursuna olan təsirini müəyyənləşdirəcək.
Qeyd edək ki, səsvermə prosesinin səhər saat 08:00-da başlayıb, saat 19:00-da başa çatacağı gözlənilir.