EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - çətin, qarışıq gündür. Bəzi probelmlərə hazır olsanız da, xoşagəlməz gözlənilməzliklər istisna deyil. Belə problemlərdən birinin həlli olduqca çətindir. Maliyyə itkiləri, uğursuz anlaşma və sövdələşmələr ola bilər.

Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Maraqlı işlər və əhvalınızı yaxşılaşdıracaq görüşlər zamanıdır. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Fiziki işdən yayınmayın.

Əkizlər - həftənin ən yaxşı və uğurlu günüdür. Müsbət təmayüllərin təsiri güclənir və yaşamınızın bütün sahələrində özünü büruzə verir. İstədiyiniz, maraqlandığınız işlə məşğul ola bilərsiniz.

Xərçəng - günün ilk yarısında qəfil təklif alacaqsınız. Darıxdığınız və ya görüşmək istədiyiniz insanla qarşılaşacaqsınız. Yaxınlarınızla təmaslarda səmimi və soyuqqanlı olun. Ətrafınızdakı insanlar bunu dəyərləndirəcəklər. Yeni tanışlıqlar və romantik təmaslar istisna deyil.

Şir - laübəli, qarışıq, gərgin gündür. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. İstənilən halda neqativ emosiyaların əsirinə çevrilməyin. Əvvəlcədən hazırlanmış planlara dəyişikliklər etmək və ya bəzi maraqları qurban vermək zərurəti yaransa belə, ruhdan düşməyin. Az sonra ədalət zəfər çalacaq.

Qız - mühüm və böyük işə başlamaq olar. Amma bilin ki, gözlədiyinizdən fərqli olaraq ilk addımlar asan deyil. Geri çəkilməyin. Məqsədinizə tezliklə olmasa da, çatacaqsınız.

Tərəzi - günün ilk yarısında kiçik anlaşılmazlıqlar və problemlər olacaq. Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Əhvalınız yaxşılaşacaq. Qəfil görüş olacaq. Çoxdan darıxdığınız və qarşılaşmaq istədiyiniz insanla ünsiyyətdə olacaqsınız.

Əqrəb - tələsik və düşünülməmiş addımlar atmayın. Avantüralara qatılmayın, ehtiyatlı və fəndgir olun. Yaşlı qohumlarla ünsiyyətdə fayda var. Onların təcrübə və məsləhələrindən yararlanın. Ötənlər barədə danışılanlar indi baş verənlərə münasibətinizi dəyişə bilər.

Oxatan - günün ilk yarısı uğurlu olacaq. İşləri vaxtında görməyə və bitirməyə çalışın. Yeni tapşırıqlar sürpriz təsiri bağışlamasın. Yeni informasiya və məlumatları sürətlə əxz etməyə can ağın. Uğurlarınız və nailiyyətlərinizlə yaxın ətrafınızdakı insanları təəccübləndirin.

Günün ikinci yarısında təmas çevrəsini bir qədər məhdudlaşdırın. Uzun söhbətlərin heç bir mənası yoxdur. Səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzə fikir verin.
 

Oğlaq - günün ilk yarısında kiçik çətinliklər yarana bilər. Etibar etdiyiniz tanışlar və ya yaxınlarınızın yardımı ilə sədləri dəf edəcəksiniz. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ciddi önəm verdiyiniz işdə uğurlar istisna deyil. Qələbəyə nail olun.

Dolça - əlverişli gündür. Planlarınız nə qədər cəsarətli və radikal olsa da, onları həyata keçirə biləcəyinizə şübhə etməyin. Ən çətin anlarda sizə həyan olan insanlardan yardım alacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Balıqlar - asan olmayan gündür. Fəqət yaranacaq problemlərin heç birinin uzunmüddətli fəsadları olmayacaq. Yaxın ətrafınızdakı insanlar emosional davransalar belə, sakit və təmkinli olun. Yalnız- belə olarsa, səhvlər etməyəcək, maliyyə itkilərinə yol verməyəcəksiniz.

Milli.Az

Chosen
196
36
mia.az

10Sources