Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kamçatkada 19 sərnişin və 3 ekipaj üzvü olan itmiş helikopterin axtarışlarını davam etdirirlər.
APA “TASS”a istinadən xəbər verir ki, helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib.
Qeyd edək ki, Kamçatka diyarında “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopterinin axtarışları ikinci gündür ki, davam edir.
Təyyarə Vaçkajets dağ silsiləsindən Nikolaevka meydanına uçmalı idi.