Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq media nümayəndələrinin sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, seçkiləri işıqlandırmaq üçün qeydiyyatdan keçən beynəlxalq media nümayəndələrinin sayı 22-dir.