İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə hüququndan istifadə edib.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13-cü seçki məntəqəsində səs verib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.