"Türkiyənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birgə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edirik".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.
Onun sözlərinə görə, bu anadək Azərbaycan xalqı böyük həvəslə seçkilərə qatılır:
"Seçkini müşahidə etdiyimiz məktəbdə 18 yaşı yenicə tamam olan bir gənclə qarşılaşdıq. Onun sevincli anlarına biz də şərik çıxırıq".
Ahmet Yener qeyd edib ki, bugünkü seçki Azərbaycan üçün tarixi bir seçkidir:
"44 gün müharibədən sonra qardaş ölkə Zəfər qazandı. İşğaldan azad edilən həmin bölgələrdə də seçicilər şən əhval-ruhiyyə ilə səs verəcəklər. Seçkinin nəticələri Azərbaycan xalqına, Türk dünyasına böyük töhfə verəcək".
Bizim.Media