EN

Bu gündən balıq ovuna qoyulan qadağa qüvvədən düşür

Bu gündən balıq ovuna qoyulan qadağa qüvvədən düşür

Bu gündən sənaye balıq ovuna qoyulan müvəqqəti qadağanın müddəti başa çatır.

Oxu.Az xəbər verir ki, sənaye balıq ovuna qoyulan qadağa balıqların kürü tökmə dövrü ilə əlaqədardır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, Xəzər dənizində sənaye balıq ovu hər il 1 may - 1 sentyabr tarixləri aralığında qadağandır. Digər müddətlərdə isə balıq ovuna bileti olan fiziki və hüquqi şəxslər sənaye balıq ovunu həyata keçirə bilərlər.

Xatırladaq ki, həvəskar balıqçılar üçün qoyulan qadağa müddəti isə hər il iyulun 1-də aradan qaldırılıb.

Adı "Qırmızı Kitab"a düşən Qaya nərəsi, Xəzər qızılbalığı kimi balıq növlərini ovlamaq isə ilboyu qadağandır.

Chosen
83
8
sonxeber.az

10Sources