ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi Corc Börnbaum (George Birnbaum) növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll”un nəticələrinə əsasən, partiyaların səstoplama siyahısını açıqlayıb.
Tribunainfo.az-ın məlumatına görə, exit-poll nəticələrinə əsasən, parlamentdə Yeni Azərbaycan Partiyası (YAP) – 63, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3,
Bütöv Azərbaycan Partiyası (BAP) – 1, REAL – 1, Milli Cəbhə Partiyası (MCP) – 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası (AMDP) – 1 və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – 1 nəfərlə təmsil olunacaq. Bundan başqa, 46 nəfər bitərəf namizəd var.
Qeyd edək ki, “Oracle Advisory Group” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən altı seçki dairəsini əhatə etməyib.