EN

Bəs `fenomen` necə olur... necə olmalıdır?.. - İTTİHAM VAR...

"FB statusları avtomatik olaraq ingilis dilinə tərcümə edilir. Lakin tərcümə çox zaman keyfiyyətsiz olur. Bununla belə, mətnin məzmunu başa düşülür". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.O daha sonra bunları əlavə edib: "Bu yaxınlarda Benin Respublikasından mənim messencerimə bir neçə məktub gəlib. Yazırlar ki, “Sizin FB statuslarınızın ingilis versiyasını Afrikada çox adam oxuyur və biz də onların sırasındayıq. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin diplom satması haqqında məlumat bizi çox sevindirdi. O diplomdan biz də almaq istəyirik. Qiymət barədə də yazsanız, yaxşı olar. Biz diplomları topdan satış qiymətinə almaq istərdik. Diplom almaqda bizə kömək etsəniz, sizə minnətdar olar, “çox sağ olun” deyərik”. Onların bu “çox sağ ol”u mənə keçmiş günləri xatırlatdı.Mən Sankt-Peterburq Universitetinə qəbul ediləndə artıq 23 yaşım var idi. Yaşıdlarım ali təhsillərini artıq bitirmək üzrə idi, bəzi həmyaşıdlarım hətta bitirmişdi. Mən isə 8-ci sinifdən sonra pedaqoji texnikumda təhsil aldığıma, ardınca təyinatla işləməli olduğuma və ordu sıralarında xidmət etdiyimə görə dörd il gecikmişdim. Bu yaşda maddi cəhətdən artıq özüm özümü təmin etməli idim. Ona görə də “Nevski” univermağında yükdaşıyan kimi işə düzəldim. Hər gün dərsdən sonra, günün ikinci yarısında orada çalışır, dərslərimi də elə oradaca hazırlayırdım. Univermağın direktoru Oktyabrina xanım mənə çox qayğı ilə yanaşır və hətta hər ay mükafat da yazırdı. Yükdaşıyanlar arasında nisbətən yaşlı biri var idi: İvan Dmitriyeviç. Hamı ona “Dmitriç” deyə müraciət edirdi. Dmitriç işini bilən adam idi. O, univermaqdan ağır əşyalar alan müştərilərə həmişə kömək edər, müqabilində isə onlardan müəyyən məbləğdə pul alardı. Amma bəzən pul verməyib “spasibo” deyənlər də olurdu. Belələrinə Dmitriçin standart çavabı var idi: “Спасибо в стакан не нальешь, и в карман не положишь” (“Sağ olu nə stəkana tökmək, nə də cibə qoymaq olar”).İndi Benindən olan o gənclər faydanı Kamal Abdullayevə vermək, mənə isə “sağ ol” deməklə kifayətlənmək istəyirlər. Yeri gəlmişkən bir haşiyəyə də çıxım. Bir dəfə Bakıda küçə alveri ilə məşğul olan və Azərbaycan dilini yaxşı bilən bir çinli qıza bizimkilərdən biri 15 manatlıq dəyərində əşyanı “üç manata ver, alım” deyəndə çinli qız çox tutarlı cavab verdi: “Ölüb e... Xankişi!”. Amma Benində bu ifadəni bilmədiklərindən mən onlara sadəcə “Diplom satanın özünə müraciət edin” dedim.İndi qayıdaq bu diplom satan rektorun keçəndəfəki yazımda vəd etdiyim başqa əməllərinə, daha doğrusu, başqalarının ideyalarını mənimsəməsi məsələsinə. Həmin yazıda gənc öndər Kamal Abdullayevin üç əsərinin (“Yarımçıq əlyazma” (roman, 2004), “300 azərbaycanlı” (2007) və “Qatardakı adam” (hekayə, 2024) ideyasının oğurluq olduğunu bildirmişdim.Bu gün o siyahıya daha bir neçəsini əlavə edirəm:- “Sehrbazlar dərəsi” (roman, 2006) – rusca: “Долина кудесников”.- “Məhəbbət adası” (hekayə, 2023) – rusca: “Остров любви”.- “Labirint” (hekayələr toplusu, 2009).İndi bunların çırpışdırıldığı mənbələrə baxaq:1. Леонид Кудрявцев. “Лабиринт” (рассказ, 1984).2. Леонид Кудрявцев. “Долина магов” (роман, 1998) – azərbaycanca: “Sehrbazlar vadisi” (roman, 1998).3. “Остров любви” – Украинский телесериал (1995-1996 гг.), снятый по мотивам украинской любовно-эротической литературы XIX и XX веков Александра Олеся, Марко Вовчок, Ольги Кобылянской, Ивана Франко и других. - “Остров любви” – британский сериал (2005-2006), а также британское реалити-шоу.“Məhəbbət adası” hekayəsində Kamal Abdullayev hiylə işlədərək, realiti-şoudakı fabulanı güzgü effekti ilə – əks istiqamətdə inkişaf etdirir. Böyük kombinatorluq budur!!!Böyük kombinator diplom alverinə, həmçinin ədəbi “fəaliyyət”inə görə nail ola bilmədiyi Nobel mükafatına kompensasiya kimi indi Nofəl mükafatı ala bilər. O, buna artıq tam layiqdir. İndiyə qədər bu mükafatı yalnız bir nəfər ala bilmişdir. Eyni vaxtda bir neçə nominasiya üzrə belə yüksək mükafatı almaq hər oğulun işi deyildir.Bilməyənlər üçün Nofəl mükafatı haqqında məlumatı bir daha təkrar edirəm:Nofəl mükafatını SSRİ dağıldıqdan sonra neft sektorundan mənimsənmiş maliyyə vəsaiti hesabına 1992-ci ildə Nofəl qardaşları təsis etmişlər. Mükafat ildə bir dəfə ən yaxşı plagiat və ən yaxşı cəfəngiyyat əsərləri, ən qeyri-adi fırıldaqçılıq, saxtakarlıq, ən yaxşı talançılıq və ən yaxşı yaltaqlıq nominasiyaları üzrə təqdim edilir. Mükafatın məbləği təsis olunduğu 1992-ci ildə mövcud olmuş kursla 1 (bir) milyon manatdır (=10 Şirvan). Növbəti yazıda göstərəcəyim faktlarla Böyük kombinator sizi daha çox təəccübləndirəcəkdir. Azərbaycan ədəbiyyatında Kamal Abdullayev “fenomen”i ilə daha yaxından tanış olmaq üçün məni izləyin..."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
dia-az.info

1Sources