EN

Bakıda ağır qəza - Avtomobil marketə girdi

Paytaxtın Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.   Manset.az xəbər verir ki, hadisə bu gün səhər saat 08:08 radələrində qeydə alınıb. Belə ki, 77-DA-426 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin idarəetməni itirərək yolun kənarındakı "Bravo" marketə çırpılıb.  Manset.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, hadisə rayonun Sergey Yesenin küçəsində qeydə alınıb. "Belə ki, Əkbərov Nəriman Telman oğlu idarə etdiyi 77-DA-426 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobili ilə 77-DA-426 dövlət nömrə nişanlı "Opel Zafira" markalı maşını vuraraq hadisə yerindən yayınmağa çalışıb. Sürücü müxtəlif təhlükəli manevrlər edərək yol kənarındakı iaşə obyektinin parklanma yerinə daxil olmaq istəyib. Bu zaman yenidən idarəetməni itirərək obyektin qapısına çırpılıb və içəri daxil olub".

Rüstəm Əhmədli onu da əlavə edib ki, ki, faktla bağlı Xəzər rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Chosen
113
1
manset.az

10Sources