EN

Paralimpiya çempionu: "Çox şükür ki, bacardım"

"Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim".

 

Modern.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.

 

T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini qabaqlayan idmançı Paralimpiya Oyunlarında ikinci dəfə iştirak etdiyini xatırladıb: "Üç il əvvəl "Tokio-2020"də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlı idim".

 

O, sosial şəbəkələrdə verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".

Chosen
165
26
modern.az

10Sources