MDB ölkələrinin və BRICS-ə üzvlük və əməkdaşlıq üçün müraciət edən dövlətlərin liderləri təşkilatın Kazanda keçiriləcək sammitinə dəvət olunublar.
Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, iddiaçılar arasında (BRICS-ə üzvlüyə-red) Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu inteqrasiya birliklərinə rəhbərlik edən ölkələr var.
Qeyd edək ki, BRICS-in sayca 16-cı sammiti bu ilin oktyabrın 22-24-ü tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan da BRİCS-ə üzvlük üçün müraciət edib.