Çexiya polisi təxminən 30 miqrantı daşıyan yük maşını saxladıqlarını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Biz qoşqusunda ilkin məlumata görə, 30-a yaxın əcnəbinin daşındığı xarici yük maşını saxladıq”, – deyə sosial şəbəkədəki mesajda deyilir.
Bundan əvvəl Polşa prezidentliyinə namizəd Slavomir Mentzen dövlət başçısı seçiləcəyi təqdirdə sərhəddə qanunsuz miqrantları gülləbaran edəcəyinə söz vermişdi.