EN

Bu ölkədə 5 bal gücündə zəlzələ oldu

İslandiyada 5 bal gücündə zəlzələ qeydə alınıb.   Manset.az Trend-ə istinadən verdiyi məlumata görə, tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 118 min nəfər əhalisi olan Reykyavikdən 223 km şimal-şərqdə olub. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşir. Yeraltı təkanlar bir neçə yaşayış məntəqəsində hiss olunub, lakin ciddi fəsadlar barədə hələlik məlumat yoxdur.

Seysmoloqlar vəziyyətin monitorinqini davam etdirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
50
manset.az

10Sources