İraqın şimalındakı Hakurk və ”Pəncə-Kilid” əməliyyatı bölgələrində aşkar edilən separatçı terror təşkilatı PKK-nın 6 üzvü zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib:”Terrorçu hardadırsa, hədəfimiz də ordadır. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk və ”Pəncə-Kilid” əməliyyatı bölgələrində aşkar edilən 6 PKK terrorçusu zərərsizləşdirib”.
Nazirliyin daha əvvəl yaydığı bəyanatda İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən hava əməliyyatında terrorçulara məxsus 20 hədəfin məhv edildiyi bildirilmişdi.