EN

AccessBank “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”- nın uğurla başa çatdığını elan edir

İnsan kapitalına daim yüksək qiymət verən AccessBank,  bank sektorunda peşəkar kadrların fəaliyyətini təşviq etmək məqsədi ilə təşkil etdiyi “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”- nın uğurla başa çatdığını elan edir.

Böyük maraqla qarşılanan “IT Yay Məktəbi” və “Yay Təcrübə Proqramı”-nda ümumilikdə 24 nəfər istedadlı gənc iştirak etdi. Onlar real layihələr üzərində peşəkar komanda ilə birgə işləmək, təlim sessiyalarında, həmçinin korporativ tədbirlərdə iştirak etmək, komanda işi və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı əldə etdilər. Bütün təcrübəçilər Sertifikatlarla təltif edilib. 

Zəngin təcrübə toplayan gənclərin bir çoxu isə artıq AccessBank-da işlə təmini olunub  və komandaya qoşulublar.  

AccessBank tələbə və məzunların bank sektorunda işlə təmin olmasına dəstək məqsəd ilə belə təcrübə proqramlarını davam etdirəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Ən sərfəli kredit üçün müraciət et

Chosen
40
10
banco.az

9Sources