EN

“Rosatom”un 2024-cü ilin sonuna qədər GƏLİRİ

“Rosatom”un 2024-cü ilin sonuna qədər gəliri 3,1 trilyon rubl səviyyəsində planlaşdırılır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib.

 

O, Şərq İqtisadi Forumunda çıxışı zamanı məlumatı açıqlayıb:

 

"Biz bu ilki gəlirin 3 trilyon ilə 3 trilyon 150 milyard arasında olacağını proqnozlaşdırırıq ki, bunun da təxminən 1 trilyon 400 milyardı texnoloji suverenlik layihələrindən əldə olunacaq gəlirlər olacaq".

 

Aprel ayında baş nazir Mixail Mişustinlə görüşdə "Rosatom" rəhbəri bildirib ki, 2023-cü ilin sonunda korporasiyanın dövlət müdafiə sifarişləri istisna olmaqla gəliri 2,64 trilyon rubldan çox olub.

 

"Bu göstəriciyə görə, son üç ildə orta illik artım təxminən 34%-ə çatıb", - Aleksey Lixaçev qeyd edib.

 

Elə həmin ay "Rosatom" elektromobillər üçün enerji doldurma stansiyaları, eləcə də bərpa olunan enerji mənbələri və enerji saxlama sistemləri üçün invertorlar istehsal edən iri istehsalçılardan biri olan "Parus Electro"nun 50%-ni alıb. Əməliyyatın məbləği məlum deyil.

Chosen
115
modern.az

1Sources